"Taliban" kənd təsərrüfatı nazirinin müavinini Əfqanıstanın baş prokuroru təyin etdi

"Taliban" kənd təsərrüfatı nazirinin müavinini Əfqanıstanın baş prokuroru təyin etdi
DÜNYA
17:22 30.01.2022
316
"Taliban" kənd təsərrüfatı, suvarma və heyvandarlıq nazirinin müavini Şəmsuddin Şəriətini ölkənin baş prokuroru təyin edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Ariana News" məlumat yayıb.

Müvəqqəti hökumətin informasiya və mədəniyyət nazirinin ikinci müavini İnamullah Samanqani bildirib ki, Şəriəti Bədəxşan vilayətindəndir. Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə başlamazdan əvvəl o, Paktiya və Maydan Vardak əyalətlərində qubernator işləyib.
OXŞAR XƏBƏRLƏR