"Taliban" nazirlikdə işləyən bütün qadınları işdən çıxardı: Evə gedin

"Taliban" nazirlikdə işləyən bütün qadınları işdən çıxardı: Evə gedin
DÜNYA
14:25 21.09.2021
673
"Taliban" qadınlar üçün daha bir yeni qərar qəbul edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Taliban" Qadınlar Nazirliyini Fəzilətin Təşviqi və Əxlaqsızlığın qarşısının alınması Nazirliyinə çevirib. 
Binada yeni lövhələr qoyulub və qadınlar işdən çıxarılıb. 

Hadisə nazirliyin keçmiş qadın işçilərinin içəri buraxılmaması ilə ortaya çıxıb. İşdən çıxarılaraq "evə get" əmri verilən qadınlar bir neçə həftə işə gəlmək istədiklərini, ancaq nazirliyin bağlanıldığını söyləyiblər.
 
Keçmiş işçilərdən biri "Ailəmi təmin edən tək adam mənəm. Əfqanıstanlı qadınlar Nazirlik olmadan nə edəcək?" sözlərində öz reaksiyasını ifadə edib. 

Qeyd edək ki, "Taliban" rəsmiləri mövzu ilə bağlı bütün sualları cavabsız qoyublar.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR