"Taliban" Türkiyəyə "qardaş ölkə" dedi, Türkiyədən cavab gəldi

"Taliban" Türkiyəyə "qardaş ölkə" dedi, Türkiyədən cavab gəldi
DÜNYA
14:04 17.08.2021
10417

Əfqanıstanı ələ keçirmiş "Taliban" qruplaşmasının Türkiyə ilə bağlı bəyanatına qardaş ölkədən cavab gəlib. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Taliban"ın açıqlaması haqda danışıb. 

O "Taliban”ın Türkiyə barədə mesajlarını müsbət qarşıladıqlarını deyib. 

"Türkiyə Əfqanıstanda bütün tərəflərlə dialoqu davam etdirir. Ankara Əfqanıstanda sabitliyin bərpa olunması üçün ən çox dəstək verən ölkələrdən biridir” - deyə diplomat bildirib.

Qeyd edək ki, "Taliban” rəsmisi AHaber-ə açıqlamasında Türkiyəni "qardaş ölkə” adlandırıb.

OXŞAR XƏBƏRLƏR