Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban” qruplaşması ölkə vətəndaşlarına müraciət edib.
AZXEBER.COM "Reuters”ə istinadən xəbər verir ki, müraciətdə Əfqanıstan vətəndaşlarından silah-sursatı qruplaşmaya təhvil vermək tələb olunub.
"Əfqanıstan vətəndaşları bütün silah-sursatı hərəkatın səlahiyyətli nümayəndələrinə təhvil verməlidirlər”, - müraciətdə qeyd edilib.