““Taliblər” Əfqanıstanın keçmiş prezidentinin qardaşını həbs edib"

““Taliblər” Əfqanıstanın keçmiş prezidentinin qardaşını həbs edib"
DÜNYA
18:59 06.11.2022
289
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzainin qardaşı Mahmud Kərzai Kabilin Beynəlxalq Hava Limanında "Talibançılar” tərəfindən həbs edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Afghanistan International” telekanalı məlumat yayıb.

Məlumata görə, Mahmud Kərzai Dubaya uçmaq istəyərkən həbs olunub.

Qeyd edək ki, Mahmud Kərzai bundan əvvəl əvvəlki hökumətdə şəhərsalma naziri postunu tutub.

"Taliban” onun həbsi ilə bağlı xəbəri hələlik şərh etməyib.
OXŞAR XƏBƏRLƏR