"Taliban" özlərini sehrbaz adlandıran 200 nəfəri həbs etdi

"Taliban" özlərini sehrbaz adlandıran 200 nəfəri həbs etdi
DÜNYA
04:58 02.10.2023
224
Əfqanıstandakı müvəqqəti "Taliban" hökuməti özlərini "sehrbaz” kimi təqdim edən 200 nəfəri sosial iğtişaşlar törətdiklərini əsas gətirərək saxlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Taliban administrasiyasının Xeyirə Dəvət və Şərdən Qarşısının Alınması Nazirliyinin sözçüsü Akif Mühacir mətbuata açıqlamasında bildirib.
 
O deyib ki, indiyədək ölkə daxilində həyata keçirilən əməliyyatlarda aralarında qadınların da olduğu 200 nəfərin saxlanılıb.
 
Sözçü sözügedən şəxslərə qarşı məhkəmə prosesinin başlandığını bildirərək, bu cür fəaliyyətlərin dini baxımdan haram olduğunu, cəmiyyətdə korrupsiya və iğtişaşlara səbəb olduğunu qeyd edib.
 
Qeyd edək ki, "Taliban" əvvəllər ölkədə adi hal alan bu cür fəaliyyətlərin qarşısını almışdı. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR