“Taliban”dan qadınlarla bağlı daha bir qadağa

“Taliban”dan qadınlarla bağlı daha bir qadağa
DÜNYA
18:22 24.12.2022
276
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatı qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu qadağa həmçinin professor-müəllim heyətinin nümayəndələrinə də aid edilib.

"Taliban" göstəriş verib ki, ölkə universitetlərində çalışan qadın müəllimlər və inzibati işçilər bu gündən (24 dekabr) iş yerlərində görünməsinlər, işə gəlməsinlər.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadınların universitetlərdə təhsil alması qadağan edilmişdi.
OXŞAR XƏBƏRLƏR