Terrorizm və terror hadisələri təkcə müasir dövrün deyil, tarixin bir problemi olub və tarixi köklərə malikdir. Yaxın Şərq tarixində ilk mütəşəkkil terror nümunələri Fələstində rast gəlinib.
Terror təşkilatlarının törətdiyi terror aktları tarix boyu xeyli sayda dinc sakinin ölümünə, şikəst qalmasına səbəb olub.
Bu mütəşəkkil terror təşkilatlarından biri də "Taliban” terror təşkilatıdır.
Bəs bu təşkilat necə yaranıb, hansı tarixi yolu var?
AZXEBER.COM bununla bağlı kiçik araşdırma aparıb.
Taliban Pakistan sərhədləri boyunca İslami təhsil alan və bu təhsili praktik təşkil etməyə çalışan tələbələr toplusundan ibarətdir. Bu tələbələrin əsas məqsədləri şəirət qanunları ilə idarə olunan Əfqanıstan İslam Əmirliyi yaratmaq olub.
Talibanın kökləri 19-cu əsrin ikinci yarısına gedib çıxır. Bu köklər İngiltərə müstəmləkəsindən qurtulmaq üçün 1857-ci ildə Hindistan müsəlmanlarının qaldırdığı üsyanlarla əlaqəlidir.
Taliban hərəkatı 1994-cü ildə 30 tələbə ilə birgə Qəndəhar şəhərindəki Mədrəsədə Şeyx Məhəmməd Ömərin başçılığı altında yaradılıb. 1996-2004-cü illərdə Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. Bu illərdə Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Bəzi mənbələrdə qeyd olunur ki, Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılıb.
Talibanlılar qara çalma və ağ paltar geyinirlər.
Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar əfqan xalqını İslam bayrağı altında birləşməyə çağırırdı.
O, rejimi qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat tərəfindən dəstəklənirdi.
Taliblər hakimiyyəyə gəldikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi.
Taliban bir çox əfqanla sərt rəftarla nəticələnən şəriəti təbliğ etdiklərinə görə beynəlxalq səviyyədə qınanılıb. Hakimiyyətdə olduqları müddətdə Əfqanıstan vətəndaşlarına qarşı qırğınlar törədiblər.
2001-ci ildə Əl-Qaidə lideri Usama Bin Ladenin komandanlığı altında 2500 ərəbin Taliban üçün döyüşdüyü bildirilir.
BMT-nin məlumatına görə, 2010-cu ildə Əfqanıstanda mülki şəxslərin ölümünün 76 faizini, 2011 və 2012-ci illərdə 80 faizini Taliban və onun müttəfiqləri təşkil edib.
Taliban tərəfindən idarə olunan ərazilərdə ciddi izlənilən şəriət qanunları yeridilir. Televiziya və musiqi alətləri, incəsənət, alkoqol, şahmat, ağ ayaqqabı və s. qadağandır.
Qadınlara işləmək, kişi cinsi tərəfindən həkim müayinəsindən keçmək, ictimai yerlərdə həyat yoldaşı və ya kişi cinsindən olan qohumsuz görünmək qadağandır.
Onların hakimiyyəti zamanı orta əsr cəza növləri yeridilib. Məsələn oğurluğa görə bir və ya iki əl kəsilirdi.
Talibanlılar digər dinin nümayəndələrinə və onların mədəniyyətinə qarşı aqressiv mövqedədirlər.
Onlar qadınların təhsil almasının qadağan olunması tərəfdarları kimi çıxış edirlər. Yalnız 2008-ci ildə Pakistanın şimal-qərb regionunda talibanlar tərəfindən 150 qadın məktəbi məhv edilib.
Aydın Nuri