Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçib
SOSİAL
12:47 26.07.2025
133
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.

Səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.

Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.

Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.
OXŞAR XƏBƏRLƏR