Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşdü - FOTOLAR

Taliya Xabrievanın rəhbərlik etdiyi nümayəndə heyəti AMEA İnsan Hüquqları İnstitutunun akademikləri ilə görüşdü - FOTOLAR
SOSİAL
19:17 23.05.2019
3887

Bu gün Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru Taliya Xabriyevanın rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA Hüquq və İnsan Haqları İnstitutunda institutun alimləri ilə görüşü keçirilib.

 

Qeyd edək ki, görüş çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun direktoru, h.ü.e.d, professor Aytən Mustafazadə və Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, h.ü.e.d, akademik Taliya Xabrieva arasında "Elmi əməkdaşlıq haqqında” saziş imzalanmışdır.


Tərəflər insan hüquqlarının və azadlıqlarının qorunması, Konstitusiya hüququ və demokratik institutların inkişafı, yeni çağırışlar əsasında qanunvericiliyin təkmilləşdirilməsi (terrorizm, kibercinayətkarlıq, korrupsiya, şəxsi məlumatların qorunması, ekologiya, dövlət təhlükəsizliyi), beynəlxalq və milli qanunvericiliyin əlaqələndirilməsi və s. kimi sahələrdə qarşılıqlı əməkdaşlıq həyata keçirmək üçün razılığa gəlmişlər.


Taliya Yarullovna Xabrieva (Nasyrova) - Rusiya Federasiyasının Hökuməti yanında Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Beynəlxalq Müqayisəli Hüquq Akademiyasının üzvü, hüquq elmləri doktoru, akademik, Rusiya Federasiyasının əməkdar hüquqşünası, Tatarıstan Respublikasının əməkdar vəkili, Avropa Komissiyasının hüquq yolu ilə Demokratiya Komissiyasının (Avropa Şurasının Venesiya Komissiyası) üzvüdür. O, 1996-cı ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda işə başlamışdır. 1996-cı ildən 2002-ci ilədək aparıcı tədqiqatçı, Konstitusiya hüququ nəzəriyyəsi sektorunun rəhbəri, İctimai Hüquq Mərkəzinin müdir müavini vəzifələrində çalışmışdır. Taliya Xabrieva 1997-ci ildə Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda "Rusiya Federasiyasının Konstitusiyasının Şərhi: Nəzəriyyə və Təcrübə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elə həmin ildən başlayaraq o, Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (Universitet) professor kimi fəaliyyət göstərir. 1998-ci ildən 2001-ci ilədək - Dövlət katibi, Rusiya Federasiyasının federal işlər, milli və miqrasiya siyasəti nazirinin müavini vəzifələrini icra etmişdir. Həmçinin, o, Rusiya Federasiyasının 2-ci sinif etibarlı dövlət müşaviridir. Taliya Xabrieva 2001-ci ildən indiyədək - Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və müqayisəli hüquq institutunun direktoru kimi çalışır. Taliya Xabrieva ümumilikdə 300-dən çox elmi məqalənin müəllifidir.


H.ü.e.d, professor Rəşad Qurbanov və h.ü.e.d Ramin Qurbanovun redaksiyası və həmmüəllifliyi ilə hazırlanmış 3 cildli "Avropa və Avrasiya məhkəmə sistemləri elmi-ensiklopedik nəşr” kitabının ön sözü akademik Taliya Xabrieva tərəfindən yazılmışdır.


Qeyd edək ki, tədbirdə eyni zamanda, Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun direktor müavini səlahiyyətlərini icra edən Kaşevarova Yuliya Nikolayevna, eləcə də Rusiya Federasiyası Hökuməti nəzdində Hüquq və Müqayisəli Hüquq İnstitutunun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri səalahiyyətlərini icra edən Belyalova Asiya Midihatovna da iştirak edirdilər.

 








OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı
18:38 06.08.2026
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombaladı
Rusiyada avtomobil piyadaların üzərinə sürdü
18:25 06.08.2026
Rusiyada avtomobil piyadaların üzərinə sürdü
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
18:11 06.08.2026
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
Kanalda batan yeniyetmənin meyiti tapıldı
17:53 06.08.2026
Kanalda batan yeniyetmənin meyiti tapıldı
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
17:40 06.08.2026
Müəllimlərin işə qəbulu: Vakansiya seçimi mərhələsi başlayır
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
17:29 06.08.2026
Avropada qaz anbarlarında təhlükəli vəziyyət: Ən aşağı göstərici qeydə alındı
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
17:27 06.08.2026
“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - VİDEO
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
17:23 06.08.2026
Çoxları vitamini səhv qəbul edir - Hansı vitaminlər birlikdə içilməməlidir?
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
17:17 06.08.2026
İmkanlı həyat yoldaşı arzusu nədən yaranır? – Psixoloqlardan maraqlı izah
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
17:10 06.08.2026
Rusiya XİN: İrəvan Moskva ilə konstruktiv dialoq aparmağa can atmır
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
16:52 06.08.2026
Ağıl dişinin gec çıxması təhlükəlidirmi? – Mütəxəssislər xəbərdarlıq edir
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
16:42 06.08.2026
Ayaqqabıdan çıxmayan ayaqlar: Gün boyu davam edən hal sağlamlığa necə təsir edir?
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
16:35 06.08.2026
Politoloq: Rusiya Ermənistanı sanksiyalar və embarqolarla hədələyir
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
16:27 06.08.2026
Hakan Fidan: Qəzzada daimi atəşkəsdən başqa çıxış yolu yoxdur
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
16:20 06.08.2026
Hər gün qulaqcıq taxmaq eşitməyə necə təsir edir? - Mütəxəssislər xəbərdarlıq edir
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI
16:18 06.08.2026
BMT-dən NATO-ya: Azərbaycanın beynəlxalq təşkilatlardakı daimi nümayəndələri kimlərdir? – TAM SİYAHI