“Tamam, mama, okey” - Efirdə işlənməməli olan sözlər...

“Tamam, mama, okey” - Efirdə işlənməməli olan sözlər...
SOSİAL
19:22 30.01.2026
516
2025-ci ilin dekabr ayı ərzində ümumölkə verilişi və peyk yayımında olan televiziya kanallarının efirində rast gəlinmiş Azərbaycan dilində qarşılığı olan xarici sözlərin statistikası çıxarılıb. Məlum olub ki, bu sözlərdən efir zamanı 2839 dəfə istifadə edilib.

AZXEBER.COM xəbər verir ki, sözügedən ifadələri aparıcılar 1366 dəfə, qonaqlar isə 1473 dəfə işlədib.

Ən çox işlədilən ifadələr sırasında "tamam”, "mama”, "falan”, "okey”, "papa” kimi sözlər önə çıxıb. Bununla yanaşı "viral”, "baskı”, "camia”, "abi”, "hoca”, "tema” və "yorum” kimi sözlərin də efirdə tez-tez səsləndirildiyi qeyd olunur. Sosial şəbəkə terminləri olan "layk” və "stori” ifadələri, eləcə də "error”, "prosto”, "konum”, "kalendar” kimi sözlər də siyahıda yer alıb.

Siyahını və sözlərin işlənmə sayını təqdim edirik:

"tamam” — 734

"mama” — 573

"falan” — 459

"okey” — 161

"papa” — 134

"viral” — 122

"baskı” — 111

"camiə” — 76

"abi” — 65

"hoca” — 53

"tema” — 46

"layk” — 41

"yorum” — 33

"prosto” — 31

"konum” — 27

"kalendar” — 26

"sorun” — 22

"aşk” — 18

"stori” — 17

"olğun” — 17

"ilgilənmək” — 14

"error” — 9

"eski” — 9

"droj” — 9

"dışlanmaq” — 7

"parti” — 6

"anne” — 4

"otkaz” — 4

"bəlirli” — 4

"follou” — 3

"komple” — 2

"şarkı” — 1

"rentabelniy” — 1

Qeyd olunur ki, monitorinq zamanı filmlər, seriallar, tamaşalar və xarici vətəndaşların iştirakı ilə olan çıxışlar nəzərə alınmayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO