Tamay Çelik Bakıda təlim keçdi - FOTO

Tamay Çelik Bakıda təlim keçdi - FOTO
SOSİAL
16:47 19.01.2024
345
Tanınmış türkiyəli NLP ustası Tamay Çelik Bakıda Meridian Terapiyası haqqında danışıb.

Meridian Terapiyasını ilk dəfə Türkiyəyə təqdim edən və onu dünyaya tanıtmağı hədəfləyən Tamay Çelik Bakıda qonaq olub. 

AZXEBER.COM xəbər verir ki, "Fohow” şirkətinin briliant meneceri Cengiz Kurbanlı və Leyla Mövsümova tərəfindən təşkil edilən motivasiya düşərgəsinə dəvət olunan Tamay Çelik motivasiya haqda çıxış edib. 

Tamay Çelik "Fohow” şirkətinin motivasiya düşərgəsində iştirakçılara motivasiya nitqi söyləyərək, xəyalların gücündən danışıb. 

İradəsinin gücündən istifadə edərək öz həyatında nələr əldə etdiyini və əldə etməyə davam etdiyini izah edən Çelik yaxın günlərdə Almaniyada, daha sonra Fransada Çin təbabəti və meridian terapiyası haqqında danışacaq. 

Tamay Çelik Türkiyədən sonra Meridian Terapiyasını bütün dünyaya tanıtmaq istədiyini də əlavə edib.

 

 


OXŞAR XƏBƏRLƏR