Tanınmış futbolçu prezidenti məhkəməyə verir

Tanınmış futbolçu prezidenti məhkəməyə verir
İDMAN
16:33 25.12.2010
2405

Azxeber.com portalı ANS-PRESS-ə istinadən bildirir ki,  Argentina milli komandasının sabiq baş məşqçisi Dieqo Maradona yenidən diqqət mərkəzinə düşüb.
Əfsanəvi futbolçu Argentina Futbol Assosiasiyasının prezidenti Xulio Qrondonanı məhkəməyə verməyə hazırlaşdığını bildirib. Maradonanın bu addımı atmasına səbəb prezidentin mətbuatda onun haqda dedikləri olub. Belə ki, Qrondona Maradonanın narkotik və spirtli içki qəbuluna davam etdiyini söyləyib.

Maradona bununla bağlı artıq öz vəkilləri ilə əlaqə saxladığını bildirib. 79 yaşlı Xulio Qrondona isə Dieqo Maradonanın sözlərinə ciddi yanaşmadığını vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR