Tanınmış teleaparıcı “Xəzər” TV-dən niyə ayrıldı?

ŞOU-BİZNES
19:25 21.01.2011
2324

Azərbaycanın tanınmış telejurnalisti, uzun müddət “Xəzər” Televiziyasında çalışan və bu kanalın Musiqi Departamentinin rəhbəri olan Səaxvət Nur telekanaldan ayrılıb.

 

Bu barədə “Qafqazinfo”ya açıqlamasında Səxavət Nur özü məlumat verib. Onun sözlərinə görə, “Xəzər” TV-dən öz istəyi ilə ayrılaraq Azərbaycan Dövlət televiziyasına (AzTV) keçib: “Mən əvvəllər də AzTV-də aparıcılıq edirdim. Sadəcə olaraq, seçim etməli oldum. Çünki iş yükü artdı. Belə ki. qarşıdan böyük Muğam müsabiqəsi gəlir. Bu layihədə yenidən aparıcı olacam Bunun üçün də hazırlıqlara başlamalıyam. Yəni bundan sonra mən AzTV-də işləyəcəyəm. Bir də yaxın vaxtlarda Mədəniyyət kanalı da fəaliyyətə başlayacaq ki, burada da işlərimz olacaq”.

OXŞAR XƏBƏRLƏR