"TANAP Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”- Elnur Aslanov

"TANAP Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”- Elnur Aslanov
SİYASƏT
11:35 17.02.2014
1169
“Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib”
“Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr Avropanın enerji və nəqliyyat xəritəsini dəyişib. Azərbaycan prezidenti dəfələrlə qeyd edib ki, TANAP layihəsi Azərbaycan və Azərbaycanın tərəfdaşları tərəfindən maliyyələşdiriləcək”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
E. Aslanov qeyd edib ki, TANAP-ın maliyyələşməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirakını təmin edəcək, eyni zamanda gələcəkdə istər TAP layihəsinin, istərsə də “Cənub dəhlizi”nin reallaşması ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
OXŞAR XƏBƏRLƏR