​TANAP üçün kompressor istehsal edəcək şirkətin adı açıqlanıb

​TANAP üçün kompressor istehsal edəcək şirkətin adı açıqlanıb
İQTİSADİYYAT
12:17 20.07.2015
1320
"GE Oil&Gas" (General Electric Oil and Gas) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün müasir standartlara uyğun turbo qaz kompressorları istehsal edəcək. "Report"un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, layihənin birinci mərhələsində hazırlanacaq kompressorlar Türkiyə və Avropanın fasiləsiz Azərbaycan qazı ilə təmin edilməsinə şərait yaradacaq.
"GE Oil&Gas"ın hazırlayacağı kompressorlar daha yüksək təzyiqə davamlılığı və ən aşağı emissiya səviyyəsinə görə fərqləndiyindən, TANAP üçün ən uyğun namizəd hesab edilib.
Boru xəttinin "ürəyi" hesab edilən aeroderivativ qaz turbinləri üzrə bağlanmış bir neçə milyon dollarlıq müqaviləyə əsasən, məhsullar İtaliyanın Florensiya şəhərində yığılacaq, test edilərək 2017-ci ildə layihə tərəfdaşlarına təhvil veriləcək.
"GE Oil&Gas"ın Şimali Afrika, Türkiyə və Orta Şərq üzrə direktoru Rami Qasem TANAP layihəsində yer almalarından məmnun olduğunu deyib: "Bu bizim 2012-ci ildən bəri başladığımız və qarşımıza qoyduğumuz 900 mln. dollarlıq investisiya layihələrinin bir hissəsidir".
Razılaşmaya əsasən, TANAP layihəsinin birinci mərhələsi 2018-ci ilin birinci yarısında gerçəkləşdiriləcək.
Xatırladaq ki, "GE Oil&Gas" şirkəti Türkiyədə qazdan alınan enerjinin 50%-dən çoxunu istehsal edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"