Janna Friskenin əri Dmitriy Şepelev oğlu Platonu Mayamiyə anasının yanına gətirib
Artıq hər kəsə məlumdur ki, rusiyalı müğənni Janna Friske beyin xərçəngindən əziyyət çəkir. ANS PRESS-in məlumatına görə, müalicə olunan sənətçinin əri Dmitriy Şepelev oğlu Platonu Mayamiyə anasının yanına gətirib. Dmitriy oğlunun anası üçün çox darıxdığını bildirib və onunla görüşmək üçün ABŞ-a gətirib.
"Ana ilə oğulun ötən görüşü Jannanın istədiyi kimi çox da ürəkaçan keçməmişdi. Balacamız anasını tanımadı. Təssüflər olsun ki, bu hal bu dəfə də təkrarlandı, biz inanırıq ki, zaman keçdikcə hərşey yaxşı olacaq. Bunun üçün bizə vaxt lazımdır"- deyərək Dmitriy Şepelev açıqlama verib.
Amerikalı həkimlər Janna Friskenin xəstəliyi barədə optimal proqnozlar verirlər, onlar bildirirlər ki, ifaçı il yarım və ya iki ildən sonra yenidən ana ola bilər. İfaçının 31 yaşlı sevgilisi bu yaxınlarda Jannanı nələr gözlədiyini və necə yaşadığı barədə bəhs edib.
"Janna çox güclü şəxsiyyətdir, o bütün gücü ilə həyatdan tutunub. Bizim üçün dua edən hər kəsə təşəkkürümüzü bildiririk.Bizə Allah kömək oldu. Sonuncu analiz cavablarından deyə bilərəm ki, vəziyyət yaxşılığa doğru gedir. Qalibiyyət barədə danışmaq üçün hələ ki, tezdir, amma biz hər bir xırda addıma sevinirik".




