Cinsiyyət dəyişdirən tanınmış aktrisa fotoları ilə gündəm olub.
"Inception, "Juno" və "X-Men" seriallarındakı performansı ilə tanınan aktrisa Elliot Page cinsiyyətini dəyişdirərək kişi olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl hovuzdan bir poza paylaşan aktrisa bu dəfə güzgü qarşısında fotosunu paylaşıb. 34 yaşlı aktrisanın sinəsindəki əməliyyat izlərinin hələ də getmədiyi diqqət çəkib.
Qeyd edək ki, məşhur aktrisa 2020-ci ilin dekabr ayında əməliyyat olunaraq cinsini dəyişdirmişdi və sosial şəbəkə hesabında "Salam uşaqlar, trans kimliyimi sizinlə bölüşmək istəyirəm və adım Elliot olaraq dəyişdi" ilə başlayan bir status paylaşmışdı.
Mikayıl Mirzəzadə




