Hollivud aktyoru və komediya aktyoru Ramy Youssef fələstinlilərin "əziyyətlərinə son qoymaları" üçün dua edib.
AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, Ramy Youssef ABŞ-da milli televiziyada yayımlanan "Saturday Night Live (SNL)" proqramının qonağı olub.
Dostunun ondan Qəzzada yaşayan ailəsi üçün dua etməsini istədiyini deyən aktyor fləstinlilər üçün dua etməyə başlayıb: "Xahiş edirəm, bu iztirablara son verin. Zorakılığa son verin. Fələstin xalqını azad edin".
Qeyd edək ki, məşhur Hollivud aktyoru Ramy Youssef 96-cı Oskar mükafatlandırma mərasimindən əvvəl "Qəzzada dərhal və daimi atəşkəsə çağırırıq. Fələstin xalqı üçün sülh və daimi ədalət çağırırıq. Bu, əslində universal bir mesajdır: Uşaqları öldürməyi dayandırın" mesajı verib.
Gülay