Tanınmış aktyorun vəziyyəti ağırlaşır

MƏDƏNİYYƏT
13:20 31.10.2013
1622
Qaraciyəri sıradan çıxan aktyor müalicə olunmaqdan imtina edir
Məşhur türkiyəli aktyor Necat İşlərin vəziyyəti günü-gündən ağırlaşır. ANS PRESS-in məlumatına görə, aktyorluq qabilliyətini itirən aktyor sevənlərin səbərsizliklə gözlədikləri "Behzat Ç. Ankara yanır" filminin qala gecəsində vəziyyəti pisləşdiyindən iştirak etməyib.İşlərin yaxınlarının dediyinə görə aktyorun səhhəti olduqca pisdir. Qaraciyəri funksiyasını itirdiyi üçün bədəni yaralarla dolan aktyor müalicə olunmaqdan imtina edib. N. İşlər heç bir dərman qəbul etməyərək spirtli içki içməyə davam edir.Xatırladaq ki, 41 yaşlı Necat İşlər bir çox filmlərdə rol alıb. Aktyor, Azərbaycanda "Aliyə" teleserialı və "Kaybedenler klubu" filmi ilə daha çox məşhurlaşmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR