AZXEBER.COM-un milli.az-a istinadən məlumatına görə,teleaparıcı Kamilə Babayeva həyat yoldaşı İbrahim bəyin israrlı tələbi qarşısında gəlin-bəy avtomobilindən aşağı düşməyərək jurnalistlərə telefon vasitəsi ilə arzularını söyləyib: “Çox xoşbəxtəm, amma nə edə bilərəm, həyat yoldaşım toyumuzun işıqlandırılmasının tərəfdarı deyil. Və sona qədər fikrindən daşındıra bilmədim. Allahdan bütün subaylara ürək dolusu xoşbəxtlik arzulayıram”.Nə qədər qadağalı olsa da, yerli maqazin jurnalistləri uzaqdanda olsa, bəzi kadrlar çəkməyə müvəfəq olublar.Qonaqların kimliyinə gəldikdə isə əldə etdiyimiz məlumata görə, müğənnilər Elton Hüseynəliyev, Elnur Məmmədov, bəstəkar-şoumen Murad Arif, “Aramızda qalsın” serialında Kamilə ilə tərəf müqabili olan aktyorlar Qurban və Rüfət, eləcə də Coşqun və Rafael dost məclisində iştirak edirlər.