Məşhur aktrisa yol qəzası keçirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa Sinem Ünsal Demet Akbağla birlikdə oynadığı "Aydınlıkevler" tamaşasının İzmir qastrolundan qayıdarkən yol qəzası keçirib.
Belə ki, hərəkətdə olan avtomobilin sürücüsü Sinem Ünsal sükan idarəetməsini itirərək maneələrə çırpılıb. Qəzadan sonra xəstəxanaya aparılan Ünsalın bədənində yaraların və əziklərin olduğu öyrənilib. Aktrisa dünən evə buraxılıb.
Sinem Ünsal "İnstaqram” hesabında səhhəti ilə bağlı məlumat verib:
"Turdan sonra Gemlikdə yol qəzası keçirdik. Şükürlər olsun ki, hamımız çox yaxşıyıq. Səhhətim normaldır. Diqqətinizə, sevginizə və dualarınıza görə hamınıza təşəkkürlər”.
Ayşən