Almaniyanın "Lufthansa” aviaşirkəti İsrail və Livana uçuşlarının təxirə salınmasının müddətini uzadıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə aviaşirkətdən açıqlama verilib.
Belə ki, Təl-Əvivə uçuşlar oktyabrın 31-ə qədər, Livanın paytaxtı Beyruta isə noyabrın 30-a qədər dayandırılıb.
Şirkət həmçinin İranın paytaxtı Tehrana uçuşlarını da oktyabrın 26-dək dayandırıb.
Cəmalə