Azərbaycanlı aktrisa Mila Əminənin ölüb xəbəri yayılıb.
Bu haqda AZXEBER.COM-a mərhumun yaxınları məlumat verib. Onlar aktrisanın bu gün dünyasını dəyişdiyini vurğulayıb. Ölümə səbəb kimi isə meningit xəstəliyi göstərilir.
Qeyd edək ki, Mila bir neçə filmdə və o cümlədən Xəzər TV-də "Kölgə" serialında rol alıb.

