Tanınmış azərbaycanlı teleaparıcı: "Mənim hamilə olduğumu düşünürdülər amma ..." (MÜSAHİBƏ)

Tanınmış azərbaycanlı teleaparıcı: "Mənim hamilə olduğumu düşünürdülər amma ..." (MÜSAHİBƏ)
ŞOU-BİZNES
18:58 09.12.2011
2860

ANS telekanalında "Kamerton", "Xonça", "Qonaqlıq", "Zərif çərşənbə" və digər verilişlərin aparıcısı olan Gülnarə Məmmədova SİA-ya müsahibə verib.

O, uzunmüddətli sükutdan sonra özü ilə bağlı xəbərləri bölüşüb.

- ANS telekanalının əsas aparıcılarından idiniz. Ancaq çoxdandır ki, efirdə görünmürsünüz. Səbəb nədir?- Bəli, son zamanlar görünmürəm və bundan da istifadə edib şayiələr yayanlar var. Bu şayiələri eşidəndə hərdən gülürəm, hərdən də pis oluram. Başa düşürəm, tanınmış insanlar şayiələrə fikir verməməlidirlər. Ancaq fikirləşdim ki, tamaşaçı sevgisini qazanmışamsa, mütləq açıqlama verməliyəm.Bildiyiniz kimi, ilk olaraq “Sara” televiziyasının aparıcısı olmuşam. O zamanlar 16 yaşım var idi. Ancaq indi 32 yaşım var. 16 il fasiləsiz çalışmışam. 11 il ANS-də aparıcı işləmişəm. Yəni ki, mənim də istirahət etməyə haqqım var idi. Yatdım və oyandım. 1 ay olar ki, özümə gəlmişəm. Fikirləşdim ki, işimdən ayrılacam. Ancaq mənim tamaşaçılarım var, davam etməliyəm.- Açıqlamalarınızın birində qeyd etmisiniz ki, ailə həyatınız dağılıb. Yəqin, efirlərdən uzaq düşməyinizin də səbəbi elə budur.- Şəxsi həyatım barədə heç kimlə danışmamışam. Ümumiyyətlə, mən hər zaman bundan qaçmışam. Ancaq indi danışmağa məcbur oldum. Bəli, düz bilirsiniz. Mən ayrılmışam və çox ağır günlər yaşamışam.Toyum 2007-ci il aprelin 14-də olmuşdu. Toyumu da gizlətmək mümkün deyil. Çünki jurnallarda və efirlərdə hər kəs məni görmüşdü. İndi də ayrıldığımı gizlədə bilmirəm. Çünki hər kəs məni tanıyır. Keçmiş həyat yoldaşıma çox böyük hörmətim var. 27 yaşında ailə həyatı qurmuşam və sevib ərə getmişəm... Keçmişim haqda daha danışmaq istəmirəm. Keçmiş həyat yoldaşımla birgə işləyirdik və bizim münasibətimiz birdən alındı. Bir-birimizi tanıdığımız müddət heç 1 il deyildi ki, evləndik. 3 il birgə yaşadıq. Olmadı. İndi yeni həyata başlayıram və bu söhbətə daha qayıtmaq istəmirəm.- İşlədiyiniz telekanaldan qalmaqalla ayrıldığınız deyilir. - Yalandır. ANS-i çox sevirəm. Ora mənim ikinci evimdir. Dava-dalaşla aram yoxdur. Çox səmimi və gülərüz insanam. Mən özüm uzaqlaşmışam və heç bir problemim də olmayıb. Günü bu gündə oraya getsəm, düşünürəm ki, məni qəbul edərlər. ANS-i çox istəyirəm. Bu şayiələr məni çox yorub.- Haqqınızda çox danışırlar. Hətta ana olub-olmadığınız da hər kəsi maraqlandırır. Övladınız yoxdur?- Hə, mən də eşitmişəm. Hətta deyirdilər ki, oğlum var. Adı da Məhəmməddir. Bu, tamamilə yalandır. Məni sevənlərə demək istəyirəm ki, belə sözlərə inanmasınlar. Mənim övladım yoxdur. Hətta məni marketlərdə görəndə belə, soruşurlar ki, övladınız varmı? Deyəndə ki, yoxdur, deyirlər ki, niyə həkimə getməmisiniz? Övladımın olmasını çox istərdim. Ailə həyatı qurduqdan sonra kökəldim. Kökəlməyimə səbəb isə ANS-də apardığım “Xonça” verilişində yediyim yeməklər idi (gülür). Xarici görünüşümdə bir az dəyişiklik olduğu üçün tamaşaçılar mənim hamilə olduğumu düşünürdülər.- Siz tək indi yox, hər zaman diqqət mərkəzində olmusunuz. Ailənizdə hər şey yaxşı olduğu zaman belə, sizdən danışıblar.- Doğrudan? Bilmirəm, bu nə ilə bağlıdır. İnsan ilk olaraq özünə hörmət etməlidir ki, qarşısındakı insanlar da ona hörmət etsinlər. Ancaq mən hədsiz səmimiyəm. Hələ bir az düzəlmişəm. Səmimiliyim artıq mənə ziyan verir. Ürəyimdə olan dilimdədir. Vaxt keçdikcə anladım ki, insan qapalı olmalıdır. Mənim dostum çox azdır. Ancaq qarşımdakı insanı özüm kimi bilmişəm.- Dostunuz çox azdır, dediniz. Niyə, bəlkə insanlara qarşı etbarınızı itirmisiniz?- Yaxın dostum olmayıb. Yaxın rəfiqəm var. Artıq 15 ildir ki, o insan mənim rəfiqəmdir. Bir də anamla çox yaxınam. Onunla hər şeyimi bölüşürəm. O, mənə dayaqdır.- Ananızla bölüşürsünüz. Bəs ailə həyatı quranda o sizin seçiminizi dəstəkləyirdi?- Anam qarışmadı. Sadəcə olaraq dedi ki, qızım, düşün. Mən də anama söylədim ki, qarışma və mən özüm bilərəm. Mən ayrılanda anam çox üzüldü.- Yəqin, ananızın sözünə baxmadığınız üçün peşman oldunuz?- Əlbəttə, peşman oldum. Seçim edəcəyim insanlar çox idi. İnsanlığa hörmət edən biriyəm. Qızlarımız var ki, deyəndə sənə elçi gəliblər, soruşur ki, evi, işi, maşını, pulu var? Ancaq mən elə deyiləm. Mənim üçün əsas insanın özüdür.- Həyatınızda kiminsə olmasını istəyərdiniz?- Əlbəttə, istəyərdim. Ömrümün axırına kimi tək qalmaq istəmirəm. - İndi sevəniniz var?- Var, çoxdur. Depressiyada ola-ola hətta mənə elçi gələnlər də var idi. Yoldaşım oxusa, pis olar. Hər zaman fikirləşmişəm ki, ayıbdır və adına söz gətirə bilərəm. Mən boşanmaq üçün ərə getməmişdim. Ancaq sadəcə toy olsun deyə ailə quranlar çoxdur. Mən düşünürdüm ki, ömrümün axırınadək ailəm olacaq. Ancaq alınmadı. Azərbaycanda ayrılmış qadınlar qəbul olunmurlar. Sonra da bizim xanımları qınayırlar ki, əcnəbi vətəndaşlarla evlənirlər. Ayrılmağıma baxmayaraq, həmin Gülnarə olaraq qalacam. Yaxşı qismətim çıxarsa, "hə" deyəcəm, amma indi yox.- Depressiyadan qurtulan insan həyata sanki təzədən başlayır. Bundan sonra nə etmək fikriniz var?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi