AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.
AZXEBER.COM xəbər verir ki, o uzun müddət "AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.
Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub.
Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.