Tanınmış basketbolçu vəfat etdi

Tanınmış basketbolçu vəfat etdi
İDMAN
16:43 20.06.2025
369
Gənc yaşlarında adından söz etdirən argentinalı basketbolçu Wanda Lopez Berazateguidə "Train Roca”xəttində baş verən faciəvi qəza nəticəsində dünyasını dəyişib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə iyunun 18-i günorta saatlarında baş verib.

Qəzanın səbəbi hələlik məlum deyil və hadisə ilə bağlı araşdırmalar davam edir. Argentina mətbuatında oyunçunun qatarın qarşısına atılaraq intihar etdiyi iddia edilir.

Qeyd edək ki, cəmi 24 yaşı olan Lopez Obras basketbolda kifayət qədər tanınan ad olub.

Oksana
OXŞAR XƏBƏRLƏR