Tanınmış ekstrasensdən hər kəsi təəcübləndirən sözlər - VİDEO

MARAQLI
16:35 03.09.2014
4666
Tanınmış ekstrasens Lamiyə "Lider TV"də yayımlanan "Ekstra hiss" verilişində başına gələn maraqlı olaydan danışıb.
O AZXEBER.COM-a açıqlmasında deyib:Mənə bu final buraxılışında bir cavan kişinin fotosu təqdim olundu ve bu insan haqqında hiss edib gördüklərimi deməliydim.Mənə teqdim olunmuş şəxsin şəklinə baxanda çox dəhşətli insan taleyi gözümün qarşısına canlandı. Mənim gördüklərim bu idi; Şəkildəki insan dünyasını dəyişmişdi və bu ölüm faktının hansı səbəblərdən baş verdiyi yaxınları üçün müəmmalı olaraq qalmışdı. Bu özünü intihar və ya hər hansı bir xəstəlik nəticəsində baş vermiş ölüm hadisesi deyildi. Bu insanın müəmmalı şəkildə ölümünə səbəb 2 insan əli olduğunu gördüm.
Biri hündürboy arıq, digəri isə ona nisbətən alçaqboy ve kök biri idi. Aralarında olan bəzi xoşagəlməzliklər neticesinde baş vermiş cinayet hadisəsi idi. Şəkli təqdim olunmuş şəxsi relsler arasında ölü veziyyetinde olduğunu gördüm. Bəzi məlumatlar var ki, onları nə efir vasitəsilə, nə de sizə deyə bilməyəcəm.
Bu insan ailəli olmuyub amma qanunsuz nigahdan bir övladının olduğunu da gördüm, hətta yaxınlarının belə bu uşaq barəsində xəbərləri yox idi. Çox qaranlıq qalmış məqamlara mən aydınlıq gətirdim ve çəkilişdən sonra fotosu təqdim olunmuş şəxsin yaxınları (anası, bacısı) mənə yaxınlaşdılar və verdiyim ( onlara məlum olan) məlumatın dəqiqliyindən şoka düşdülər. Və bəzi problemlərin həlli üçün məndən kömək istədilər. Və bu müəmmalı qətl hadisəsinə şokedici açıqlama veməklə bu layihəyə öz möhürümü vurdum. Çox faktlar var ki, onlar yalnız yaxınları ilə mənim aramda sirr olaraq qalacaq. Artıq bu barədə çox danışmaq istəmirəm.Həmin süjeti təqdim edirik:
OXŞAR XƏBƏRLƏR