Tanınmış futbolçu həbs olundu

Tanınmış futbolçu həbs olundu
İDMAN
22:23 02.11.2018
4616
Danimarka millisinin və Norveçin "Rusenborq" klubunun futbolçusu Niklas Bendtner həbs olunub. 

AZXEBER.COM "report"-a istinadən bildirir ki, 30 yaşlı hücumçu taksi sürücüsünü vurduğu üçün 50 gün həbs cəzasına məhkum edilib.

O həmçinin zərərçəkmişə 1000 funt sterlinq təzminat ödəməli olacaq. Oyunçunun vəkili məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib.

Bentdner senytabr ayında taksi sürücüsünün məvacibini ödəməkdən imtina edib. Sürücü isə həmin an futbolçunu söyüb. Danimarkalı oyunçu isə onun çənəsini sındırıb. 
OXŞAR XƏBƏRLƏR