Nigeriyalı futbolçu Akeem Omolade avtomobilində ölü tapılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı nigeriyalı futbolçu Akeem Omolade gözlənilmədən dünyasını dəyişib.
Ayağındakı ağrıların artması səbəbindən İtaliyanın Palermo şəhərindəki xəstəxanaya müraciət edən Akeem Omolade xəstəxanaya çata bilməyincə avtomobildə dünyasını dəyişib.
Heç bir yarası olmayan futbolçunun ağrıdan öldüyü məlum olub.
Qeyd edək ki, Akeem İtaliyanın "Torino", "Cenoa", İspaniyanın "Qranada" klubunda forma geyinib.
Ayşən