Tanınmış futbolçu "Monako"nu tərk etdi

Tanınmış futbolçu "Monako"nu tərk etdi
İDMAN
18:07 18.06.2022
221
Fransa "Monako"su futbolçusu Sesk Fabreqasla yollarını ayırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

35 yaşlı oyunçu komandanı azad agent statusu ilə tərk edib.

Qeyd edək ki, Sesk Fabreqas 2019-cu ilin yanvarından "Monako"da çıxış edirdi. O, ötən mövsüm cəmi 5 oyunda meydana çıxıb.
OXŞAR XƏBƏRLƏR