Tanınmış həkimə yeni vəzifə verildi

Tanınmış həkimə yeni vəzifə verildi
SOSİAL
12:12 30.11.2021
1086
Tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah. Fərid Qaralov Kliniki Tibb Mərkəzinin Neyrocərrahiyyə şöbəsinin müdiri təyin olunub.

Qaralov Fərid Əziz oğlu 1982-ci il martın 12-də Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə orta təhsilini Bakı şəhəri, Suraxanı rayonu 275 saylı orta məktəbdə alıb. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) "Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2012-ci illərdə təhsilini Türkiyənin EGE Universitetində Neyrocərrahiyyə ixtisası üzrə davam etdirib. 2012-ci ildən etibarən ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, daha sonra ATU Tədris Cərrahiyyə Klinikasında Neyrocərrahiyyə şöbəsinin müdiri, uzman-neyrocərrah kimi fəaliyyət göstərib.

F.Qaralov bir çox beynəlxalq, yerli neyrocərrahi konfrans və kurslarda iştirak edib.
OXŞAR XƏBƏRLƏR