Tanınmış iqtisadçı alim AQC sədrinin - MÜŞAVİRİ OLDU

Tanınmış iqtisadçı alim AQC sədrinin - MÜŞAVİRİ OLDU
SOSİAL
17:42 05.03.2024
202
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat” kafedrasının müdiri, tanınmış iqtisadçı alim Suqra Hümbətova Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədrinin müşaviri vəzifəsinə təyin edilib. Bununla da AQC sədrinin müşavirlərinin sayı 6-ya çatıb.

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, AQC sədri Vüqar Orucun imzaladığı sərəncamla Suqra Hümbətova vəzifə səlahiyyətlərinin icrasına başlayıb. 1998-ci ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaradılması prosesində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi olaraq fəal iştirak edib.
Xatırladaq ki, S.Hümbətova ölkəmizdə qeyri-maddi aktivlərin qiymətləndirilməsi sahəsində tədris həyata keçirən yeganə ixtisaslı pedaqoqdur. "Daxili bazarın qorunması və iqtisadi təhlükəsizliyinin təmin olunmasında qiymət amilindən istifadə yolları” mövzusunda dissertasiya işini müdafiə edən AQC sədrinin yeni müşaviri "Aqrar bazarda tədiyyə qabiliyyətli tələbin artırılması istiqamətləri” mövzusu üzrə iqtisad elmləri doktoru proqramı üzrə doktorantdır. 2001-2018-cü illərdə "Qiymət və qiymətləndirmə” kafedrasında çalışıb. 2022-ci ildən isə "İqtisadiyyat” kafedrasının müdiridir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ADA Universiteti və SABAH Mərkəzi ilə birgə layihələr həyata keçirib.  "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunan S.Hümbətova "Ali Mikroiqtisadiyyat”, "Ali Makroiqtisadiyyat”, "Dövlət sektorunun iqtisadiyyatı”, "Tədqiqat metodları”, "Akademik Yazı”, "Qiymət və dövlətin antiinhisar siyasəti”, "Qiymət və qiymətləndirmə”, "İnvestisiya layihələrinin qiymətləndirilməsi” fənlərini, eləcə də 2017-2019-cu illərdə UNEC-in SABAH Qruplarında "Qiymət və qiymətləndirmə” fənnini tədris edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər