"Meydan TV"də cinsi azlıqlarla bağlı reportaj hazırlayırdılar. Bununla bağlı Azərbaycan xalqı öz mövqeyini ortaya qoyurdu. Şərhlərə baxanda biz görürdük ki, onlara qarşı nə qədər aqressiya var. Ancaq "Meydan TV"yə də ən çox sərf edən məhz həmin şərhlər idi".
Bunu Baku TV-də yayımlanan "Baku Aktual" verilişində Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.
"Meydan TV" şərhlərin hamısını "screen" edib havadarlarına göndərirdi. Bildirirdilər ki, Azərbaycanda cinsi azlıqlara qarşı kin, nifrət var. Bu mövzularla bağlı onlar ikiqat pul qazanırdılar", - deyə o, sözlərinə əlavə edib.