Tanınmış jurnalist 'Neftçi'ni kəskin tənqid etdi - KÖŞƏ

Tanınmış jurnalist
KÖŞƏ
01:51 02.08.2012
1873

Elçin CƏLİLOV"Zestafoni"ni Bakıda 3:0 udanda düşünmüşdüm ki, "Neftçi" nəinki özü, Azərbaycan futbolunu dəyişdirəcək. Bambaşqa bir oyun gördüm stadionda. Ancaq soyuq başla, videoyazıya baxanda "oyun" gördüm. Şeyim sancdı...

Cavab qarşılaşmasına baxanda gürcü komandasının 2 topu necə rahat və səlis vurması isə gümanlarımın kəlləmayallaq olmadığını, təəssüf ki, göstərdi. Onlar qolu müdafiədə 3 ötürmə və dərhal birbaşa hücum xəttinə keçidlə vurdular. Bunu səviyyəsi olmayan komanda edə bilməzdi. Onlar göstərdilər...

"Zestafoni"yə tapşırmışdılar ki, uduzmalısan. SOCAR-ın GFF-in sponsoru olması reallığını əsas gətirərək, Günay Eltac, "Hörmətli Rövnəq Abdullayev, siz həm də Gürcüstan futboluna SOCARsınız..." sitatını yazmışdı. Sizə inkişaf yox, nəticə lazımdı. Nəticə də ki gözbaş...

"İroni Kiryat" "Neftçi"yə, AFFA-ya, Azərbaycan futboluna öz yerini göstərdi. Kostyumda inkişafdan hıçqırmağa gərək yoxdu, Rövnəq, Elxan, Ramin cənabülləri...

"Zestafoni"ylə Bakıdakı oyundan sonra yazdığıma görə hələ özümü bağışlaya bilmirəm. Bu qədər xam xəyallara düşməzdim. Hisslər məni necə aldatmışdı, gəl görəsən...

Bir də belə aldansam, 4:0 uduzan "Neftçi"nin biriyəm. Hətta yazıda son transferlərin möhtəşəmliyindən də yazmışdım. Niyə ölmürəm...

"İroni Kiryat"la oyuna baxanda nifrət hisslərimin çiçəklənməsinin qarşısını ala bilmədim. Belədə, elə də ciddi fərq yox idi, hər iki komanda müdafiəyə çəkilir, hücuma keçirdi. Ancaq futbolda qolu vurmaq ki var, bu səviyyə deməkdi - 4:0! Topla oyun ayrıdı, qol vurmaq ayrı. Yaxşı ki, eyforeya lap quyuya aparmadı bizi, İsrail komandası dərinliyi göstərdi...

Siz necə göstərəcəksiz özünüzü, "Neft"istanlar..? Sadıq müəllimin şəkərini qaldıranlara ar olsun. İşləyə bilmirsiz, işinizlə məşğul olun heç olmasa...mənbə: www.futbolpress.az

OXŞAR XƏBƏRLƏR