"Bu, cəmiyyətin mətbuata inamını sarsıdır" - Hacıbəy Heydərli

"Bu, cəmiyyətin mətbuata inamını sarsıdır" - Hacıbəy Heydərli
MEDIA
17:26 06.05.2025
771
"Hər bir jurnalist yazdığı məqalənin daha çox oxunmasını, bəyənilməsini və ictimai rəyə təsir etməsini hədəfləyir. Bu baxımdan, bir xəbərin daha çox "like” və "şərh” toplaması jurnalistin uğuru kimi qiymətləndirilə bilər. Ona görə də jurnalist çalışmalıdır ki, yazıları daha geniş kütləyə xitab etsin”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış jurnalist Hacıbəy Heydərli səsləndirib:

Jurnalistin xəbərdarlıq edilmədən məhkəməyə verilməsi fikir və söz  azadlığına təhdiddir' — Hacıbəy Heydərli

"Təəssüf ki, bəzən bayağı xəbərlər, yəni, insanların şəxsi həyatı, cəmiyyət üçün əhəmiyyət kəsb etməyən hadisələr daha çox diqqət cəlb edir, "like” və "şərh” toplayır. Bu isə bir çox hallarda cəmiyyətdə mətbuata qarşı inamsızlıq yaradır. Belə jurnalistlər tənqid hədəfinə çevrilirlər. Bu hallarda jurnalist çalışmalıdır ki, yazdığı materiallar jurnalistikanın etik prinsiplərinə uyğun olsun, obyektivlik və qərəzsizlik qorunsun”.

Ekspert vurğulayıb ki, əgər yazı ictimai rəyə təsir edir, geniş auditoriya tərəfindən bəyənilir və istinad olunursa, bu, artıq jurnalistin peşəkar uğuru sayılır.

"Təəssüflə qeyd etməliyik ki, son dövrlərdə Azərbaycan mətbuatında araşdırma yazılarına, reportajlara, müsahibələrə, insanların uğur hekayələrinə az rast gəlinir. Bu, narahatedici bir haldır. Xəbər, digər janrları üstələyib. Kiçik, sensasiyalı xəbərlər daha çox diqqət toplayır və nəticədə bu tendensiya jurnalistikanın yaradıcılıq potensialını zəiflədir. Çox istərdim ki, mətbuatda daha geniş həcmli, dərin yazılar yer alsın. Lakin reallıq budur ki, bayağı mövzular, müğənnilərin şəxsi həyatı və ya efirdə dedikləri sözlər daha çox oxucu marağı doğurur. Bu da ümumi şəkildə cəmiyyətin mətbuata olan inamına mənfi təsir göstərir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
18:59 24.08.2026
Tanınmış futbolçu “Trabzonspor”a keçdi
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
18:41 24.08.2026
"Qalatasaray" Ermedin Demiroviç üçün "Ştutqart"a təklif göndərib
“Survivor” dördüncüsü ailə qurdu
18:27 24.08.2026
“Survivor” dördüncüsü ailə qurdu
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
18:09 24.08.2026
"Barselona"nın futbolçusu Qavi sağ dizindən zədələnib
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
18:02 24.08.2026
Hakan Çalhanoğlu ilə bağlı yeni iddia: Türkiyəyə qayıda bilər
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
17:58 24.08.2026
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi başladı
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq