Tanınmış meyxanaçıların olduğu maşın aşıb

Tanınmış meyxanaçıların olduğu maşın aşıb
MAQAZİN
08:32 05.11.2021
560
Tanınmış meyxanaçı Baləli Maştağalı avtomobil qəzasına düşüb.

AZXEBER.COM xəbər verir ki, onun idarə etdiyi maşın paytaxtın Sabunçu rayonu ərazisində aşıb.

Bu barədə Tarix Əliyev aparıcısı olduğu "Tarixin bir günü” verilişində məlumat verib. Onun sözlərinə görə, avtomobilin içində meyxanaçı Ruslan Müşviqabadlı da olub.

Hadisə zamanı maşın yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alanın olmadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR