Tanınmış meyxanaçının qızı Reyhan danışdı: "Elə olub ki, iki gün yemək yeməmişəm" - VİDEO

Tanınmış meyxanaçının qızı Reyhan danışdı: "Elə olub ki, iki gün yemək yeməmişəm" - VİDEO
MAQAZİN
13:24 13.10.2023
1270
Azərbaycanın tanınmış meyxanaçısı və şairi Nizami Rəmzinin qızı Reyhan acınacaqlı duruma düşməsindən danışıb. 

Bu barədə bloger Nail Kəmərli videoçarx hazırlayıb.

Narkotik maddələrin aludəçisi olan Reyhan bu yola düşdüyü üçün peşman olduğunu dilə gətirib:

"Tənhalıq çox pis şeydir. Yəqin ki, yanımda adam olsaydı, bu yola düşməzdim. Düşdüyüm vəziyyətə görə çox ağlamışam. Elə olub ki, iki gün yemək yeməmişəm. İsti yataq üçün çox darıxmışdım. Köhnə dostlarımdan və yaxınlarımdan heç kim məni axtarmayıb".
 

OXŞAR XƏBƏRLƏR