ABŞ-ın San-Fransisko şəhərində "Cash App” mobil ödəniş xidmətinin yaradıcısı Bob Li bıçaqlanaraq öldürülüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, San-Fransisko qubernatoru Bob Linin qətlini "dəhşətli faciə" kimi qiymətləndirib.
Təcili yardım və polislərə xəbərdarlıqdan dərhal sonra hadisə yerinə gedən polis bölgədə 40 yaşlarında bir kişini ağır yaralı tapıb.
Daha sonra bıçaqlanan şəxsin məşhur milyarder, "Cash App” mobil ödəniş xidmətinin yaradıcısı Bob Li olduğu müəyyənləşib
Bob Linin atası da oğlunun ölümünü bu yazı ilə təsdiqləyib: "Ən yaxşı dostumu itirdim”.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Mikayıl