Son vaxtlar “Survivor” müsabiqəsi ilə daha da məşhurlaşan türkiyəli model Özge Ulusoy şəxsi həyatı ilə bağlı açıqlamalar verib. “Hürriyet” qəzetinə müsahibəsində model 24 saat davam edən evliliyindən danışıb. Onun sözlərinə görə, aktyor İlker İnanoğlu ilə böyük eşq yaşayıb. Amma ondan ayrıldıqdan sonra boşluğa düşüb. “Sonra qarşıma Ferruh çıxdı. Birdən-birə evləndim. Biz heç görüşmürdük də. Ora sərgiyə getmişdim. O da dostları ilə gəlmişdi və orada qarşılaşdıq”, deyən modelin sözlərinə görə, cəmi bir sutka ərdə olub və bu qısa müddətdə əri ilə yatmayıb.