Tanınmış müğənni efirə hicabla çıxıb ilahi oxudu - VİDEO

Tanınmış müğənni efirə hicabla çıxıb ilahi oxudu -  VİDEO
MAQAZİN
11:51 13.01.2014
1751

Türkiyənin tanınmış sənətçisi Bülent Ersoy İslam peyğəmbəri Hz.Muhammədin mövludu münasibəti ilə aparıcılıq etdiyi proqramda hicabla iştirak edib və ilahi söyləyib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilahi oxuyarkən müğənnini səma dərvişləri də müşayiət ediblər.Hz.Muhammədin Məkkədən Mədinəyə hicrət edərkən mədinəli müsəlmanlar tərəfindən səsləndirilən “Taləal Bədru” (Ay doğdu üstümüzə) adlı ilahini Bülent Ersoy da, onun vokalçıları da kağızdan oxuyaraq ifa ediblər.Ancaq onu da qeyd edək ki, müğənninin bu addımı, xüsusilə hicab geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

OXŞAR XƏBƏRLƏR