“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı əməktar artist Lalə Məmmədova olub.AZXEBER.COM-un məlumatına görə, layihənin rəhbəri Səxavət Nur, veriliş boyu bir neçə dəfə müğənnini təəccübləndirib. Əhali arasında aparılan sorğudan şoka düşən əməkdar artist, üzünü pərəstişkarlara tutaraq bunun bir zarafat olduğunu bildirib.Sonda öz ifaları ilə fanatlarını sevindirən Lalə Məmmədova, onlara öz imzalı fotolarını təqdim edib və şəkillər çəkdirib.3 avqust saat 19:30-da Radio Araz 103.3 fm-in və Xəzər televiziyasının efirində yayımlanacaq “İmza Mən”i qaçırtmayın.Qeyd edək ki, verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.Ozal İbrahimli