Şakira: "Həyat yoldaşım dünyanın ən güclü müdafiəçisidir"

Şakira: "Həyat yoldaşım dünyanın ən güclü müdafiəçisidir"
DÜNYA
13:51 21.03.2022
570
Kolumbiyalı məşhur müğənni Şakira "Real Madrid" azarkeşlərinə atmaca atıb.
 
AZXEBER.COM xəbər verir ki, Şakira əvvəlcə həyat yoldaşı Cerar Pike haqda danışıb:
 
"Həyat yoldaşım Cerar Pike bu cür şeyləri ictimai olaraq deməyimə icazə vermir, lakin sadəcə o öz qəhrəmanlığı ilə bütün ağrılara və zədələrə rəğmən, bu cür oynaya bilər. Bunu onun mənim həyat yoldaşım olduğuna görə demirəm, o, dünyanın ən yaxşı mərkəz müdafiəçisidir. Demişdim!" - deyə müğənni bildirib.
 
Sonda Şakirə əli ilə 4 işarəsini tutaraq "Real Madrid"ə sataşıb.
 
Qeyd edək ki, "Barselona" ötən gecə "Real Madrid"i səfərdə 4:0 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR