Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.
Bu barədə ifaçının yaxınları azadinform-a məlumat verib.
Onların sözlərinə görə, S.Əlizadənin halı saat 23:00 radələrində qəfildən pisləşib.
Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.
"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.
