Hadisə müğənninin Kocaeli vilayətinin Darıca rayonunda keçirdiyi konsertdən sonra baş verib. Məlumata görə, konsertin axırına yaxın pərəstişkarları müğənninin ətrafına toplanıb. Bu vaxt Rojinin əlini öpən pərəstişkarlarından biri onun əlini dişləyib. Yarası qanayan Rojinə ilk müdaxilə səhnə arxasında göstərilib və müğənni yaxınlıqda olan tibb məntəqəsinə çatdırılıb.Qeyd edək ki, müğənni pərəstişkarından şikayətçi olmayıb. (anspress)