"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub

"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
İDMAN
22:29 19.04.2026
883
"Bavariya" futbol klubu 2025/26 mövsümündə Almaniya Bundesliqasının çempionu titulunu vaxtından əvvəl təmin edib.

AZXEBER.COM xəbər verir ki, 30-cu turda "Bavariya" doğma meydanda "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edib.

Nəticədə, Münhen klubu 79 xal toplayıb və çempionatın sonuna dörd tur qalmış ən yaxın rəqibi "Borussiya Dortmund"dan 15 xal öndədir.

"Bavariya" hazırda 35 dəfə Almaniya çempionudur və bu, Bundesliqanın rekordudur.
OXŞAR XƏBƏRLƏR