Tanınmış musiqiçidən türk idmançıya eşq elanı

İDMAN
15:16 06.08.2012
2439

Qadın voleybolçulardan ibarət Türkiyə yığmasının üzvünə London Olimpiadasında eşq elan olunub. Türkiyə mətbuatı yazır ki, məşhur Red Hot Chili Peppers musiqi qrupunun üzvü olan Flea (birə) ləqəbli Michael Peter Balzary “Twitter”də Türkiyə millisinin voleybolçusu Neslihan Darnelə ilk baxışdan aşiq olduğunu yazıb.

Tanınmış rok qrupunun bas gitaraçısı və kino aktyoru 49 yaşlı Balzary “Twitter”də bunları yazıb: “I have a celebrity crush Neslihan Darnel”, yəni “Neslihan Darnel sənə ilk baxşıdan vuruldum".

Bu status musiqiçinin türk sevənləri tərəfindən o dəqiqə paylaşılıb və sosial mediyanı yerindən oyanadıb. Türk sevənlərdən biri isə Neslihan Darnelin ailəli və övladının olduğunu yazıb. Lakin musiqiçidən hələlik buna heç bir cavab gəlməyib.

OXŞAR XƏBƏRLƏR