Tanınmış musiqiçinin konserti ləğv edildi - Bu səbəbdən

DÜNYA
16:40 19.08.2024
157
Tanınmış avstraliyalı solist, pianoçu Ceyson Qilham Qəzzada öldürülən jurnalistlərlə bağlı dediklərinə görə səhv etdiyini etiraf edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qilhamın ifa etdiyi Melburn Simfonik Orkestri qrupu məlumat yayıb.
 
Qrupun adı açıqlanmayan sözçüsü avstraliyalı pianoçu Qillhamın konsertinin ləğv olunmadığını və pianoçunun meneceri ilə konstruktiv müzakirələr apardığını habelə konsertin vaxtını dəyişdirməyə çalışdıqlarını dilə gətirib.

Sözçü bildirib ki, o, hələ də konsertlərin siyasi şərhlər üçün uyğun mühit olmadığını iddia edir, lakin məşhur pianoçunun Yaxın Şərqdəki insanlara qayğısını başa düşür.

Musiqi qrupu sənətçinin açıqlamalarından yaranan narahatlığa görə ictimaiyyətdən üzr istəyib.

Qeyd edək ki, avqustun 11-də Melburndakı "İwaki Hall"da Ceyson Qillham avstraliyalı bəstəkar Konnor D'Nettonun Qəzzada jurnalistlərə həsr etdiyi "Şahid" mahnısını ifa edib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR