Müşfiq sevgisilə bir araya toplaşanları günəş salamladı!
O Yasamal rayonunda böyüyüb, burda boya- başa çatıb. Onunla birgə böyüyənlər, onun böyüdüyünü görənlər və tanıyanlar çoxdu. Elə o da həmçinin. Yəni bizdən biridi və biz onu olduğu kimi tanıyırıq...
Elə Yasamal Rayonu Ağsaqqallar Şurasının Sədri, Cabir Novruz Fondunun prezidenti və İdman xadimi Cavanşir Qurbanov da onun kimliyinə, mənəviyyatına yaxşı bələddi. Çünki onun həyatı çoxları kimi Cavanşir bəyin də göz önündə olyb. Bu mənada, 17 ci dairədən Namizədliyini irəli sürən və Səlahiyyətli nümayəndəsi olduğum Elnur Marat oğlu Allahverdiyevin el adəti olaraq Cavanşir Qurbanovdan ağsaqqal xeyir-duası almaq niyətilə onu ziyarət etməsi təbii idi. Görüş əsnasında Elnur Allahverdiyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında böyük və əvəzsiz xidmətləri olan, Birinci Vitce Prezident Mehriban xanım Əliyevanın apardığı siyasətdən də ürəkdolusu danışdı. Söhbət əsnasında Elnur bəy qeyd etdi ki, məhz bu dolğun siyasətin nəticəsi idi ki, bir müddət öncə nakam şair Mikayıl Müşfiqin Yasamal Rayonunda yerləşən heykəlinin qısa müddət ərzində bərpa edilərək öz yerinə qoyuldu. Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Cabir Novruz, Seyfəddin Dağlı, və sairə bu kimi dəyərli ədiblərin adlarını tez-tez vurğulaması, Cavanşir Qurbanovun diqqətindən yayınmadı. Görüşdə iştirak edən diğər qonaqlar da Elnur bəyin bu belə vacib və həssas məqamlara toxunmasından təsirləndilər. Görüşdən dərhal sonra sonra 17 ci dairədən olan seçici ağsaqqalar, ziyalılar Elnur Allahverdiyevi müqəddəs bir ünvana dəvət etdilər. Keçmiş 2-ci sovet küçəsi, 6... Bu ünvanda yerləşən evdə bir zamanlar ala gözlü, nakam taleli Mikayıl Müşfiq yaşamışdı. Şair məhz bu evdə anadan olub, burda boya-başa çatmışdı. İndi böyük sevgiylə oxuduğumuz şeirlərini də elə şair bu evdə yazmışdı. İndi o evdən sadəcə şairin kiçik xatirə lövhəsi qalır. Bir də çox yəqin ki, şairin buralarda dolaşan sərgərdan ruhu... Ağsaqqallar və seçicilər Elnur Allahverdiyevi elə şairin xatirə löhvəsinin qarşısında baş tutan görüşə çağırdılar. Və ən qəribəsi də budur ki, artıq neçə gündü davam edən qarlı hava yerini doğan qocaman günəşə vermişdi. Hər yeri günəşin isti şəfəqləri bürümüşdü...
Görüş seçici sakinlər, ziyalılar və sənət adamlarının toplaşdığı qəribə bir izdihamda ibarət idi. Xalq artisti, "Şöhrət" Ordenli Nurəddin Mehdixanlının Mikayıl Müşfiqin "Yenə o bağ olaydı” şeirinə yazılan Nəzirəni səsləndirməsi də elə bu nigildən qaynaqlanırdı...
Müşfiq Ruhlu Xəzərdə,
O kövrək ləpələrdə,
Müşfiq aşıb daşaydı,
Mavi Xəzər coşaydı.
Xəzərdən baxan Müşfiq,
Şeirləri ürəkdə,
Həmişə yaşar Müşfiq.
Yenə Müşfiq olaydı,
Mavi Xəzər coşaydı.
Sevən aşiq olaydı.
Sevdalar Ölkəsində,
Bizimlə bir olaydı!
Nəzirənin ardınca daha təsirli bir səhnə də yaşandı. Uzaqdan sanki şairin səsi gəlirdi. Bəli, Xəzərdən baxan Müşfiq, onun sökülmüş evinin yerində basdırılan lövhənin qarşısına toplaşan Müşfiq sevərlərə tərəf gəlirdi. Bu xəyali bir səhnə olsa hər kəs bir anlıq da olsa sanki şairi hiss edirdi o an. "Həyat Sevgisi" şeirini kövrək səslə söyləyən, gənc və sevilən aktyor Toğrul Rzanın, Müşfiq obrazında sakit addımlarla onların qarşısına gəlməsi insanları göz yaşına qərq etdi...
Şairi xatırlayanlardan biri də xalq artistimiz Şəfiqə Eyvazova oldu. Elnur Allahverdiyevin seçicilər qarşısında cəsarətli çıxışını və nakam şairimiz Müşfiqə verdiyi dəyərə görə, ona minnətdarlığını və təşəkkürünu bildirdi. Millətin dəyərlərinə, ziyalısına dəyər verməyi bacaran Elnur müəllimə bu yolda uğurlar arzuladı və bütün dağlı camaatından,Yasamal sakinlərindən Elnuru dəstəkləməyə, ona səs verməyə çağırdı.
Görüşdə iştirak Cabir Novruz Fondu prezidentinin müavinləri Şahin Əliyev və Məmməd Əliyev, rayon Ağsaqqallar Şurasının sədr müavini Fuad Məmmədov və digər qonaqlar da görüşün əhəmiyyətindən danışaraq Elnur Allahverdiyev kimi öz millətinin mədəniyyətinə, dəyərlərinə sahib çıxan bir insana səs verməkdən məmnunluq duyduqlarını dilə gətirdilər.
Sonda Yasamal Ağsaqqallar Şurasının sədri, Cavanşir Qurbanov isə bildirdi ki, bu yerdə Müşfiqin ruhu gəzir. Onun xatirəsinin əbədiləşdirilməsinə mütləq ehtiyac var. Təbii ki, gələcəkdə bu məsələnin Milli Məclisdə qaldırılması problemin həllinə böyük təkan ola bilər...
Öz növbəsində Elnur Allahverdiyev isə bildirir ki, o seçkiyə vəd vermək üçün yox, insanlara kömək etmək üçün qatılıb. Mikayıl Müşfiq adının bu məhəllədə əbədiləşdirilməsi başda olmaqla insanların başqa arzularının da gerçək olması naminə mübarizəni sonadək aparacaq!