Tanınmış sənət adamları Bakıdadır

MƏDƏNİYYƏT
11:00 28.04.2014
1839
May ayının 2-si türkçülük günündə Azərbaycan Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə Opera və Balet Teatrında Azərbaycan dinləyicilərinin çoxunun tanımadığı, eyni tarixi kökə, mədəniyyətə, malik digər türk toplumlarının, qədim göytürk mədəniyyətinin bu gün də daşıyıcısı olan xalqların sənət adamlarının iştirakı ilə konsert proqramı keçiriləcək.Aktual.az xəbər verir ki, bu gün Daglıq Altaydan və Şordan olan Çıltıs Tannaqaş, Marina Saksayeva Bakıya gəlib. Qonaqları Azərbaycan Türkyə Evi-nin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı, Cahandar Bayoğlu və təşkilatın digər əməkdaşları qarşılayıb.ATEV başqanı Tənzilə RüstəmxanlıAktual.az-a açıqlamasında bildirb ki, qonaqların dəvət olunmasında əsas məqsəd xalqlar arasında olan mədəni əlaqələrin inkişafıdır:“Türk dünyası sənətçilərinin Azərbaycana dəvət olunmasında məqsəd qədim türk mənəvi dəyərlərini yaşadan türk toplumları arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir. ATEV istəyir ki, vətəndaşlarımız o xalqların mədəniyyətləri ilə tanış olsunlar”.Məlumat üçün bildirək ki, Türk dünyasının professional ifaçılıq sənətinin təmsilçiləri sayılan qonaqlar son 4 ay ərzində Türkiyədə, Yakutiyada, Dağlıq Altayda, Tuvada və ən nəhayət Qırğızıstanda qastrol səfərlərində olublar. Hər səfər 12-14 gün çəkib.

OXŞAR XƏBƏRLƏR